Xəbər lenti

Azərbaycanda şəxsin vətəndaşlığı itirməsi qaydası dəyişir
Ölkə11:55 09.06.2016

Azərbaycanda şəxsin vətəndaşlığı itirməsi qaydası dəyişir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda şəxsin vətəndaşlığını itirməsi qaydasında dəyişiklik edilir. 

Qaynarinfo.az bildirir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Mülki Prosessual Məcəllədə yenilik edilməsi nəzərdə tutulub. Məcəllənin 305-ci (Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər) maddəsində nəzərdə tutulan səlahiyyətlərə "Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında" bəndi də əlavə edilib.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qaynarinfo.az