Xəbər lenti

Azərbaycanda siqaret istehsalı kəskin artacaq
Ekonomiks19:37 29.10.2019

Azərbaycanda siqaret istehsalı kəskin artacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda gələn il 10 mlrd. ədəd siqaret və papirosların istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə iki dəfə çoxdur.
APA-nın Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə 5 mlrd. ədədə yaxın siqaret və papirosların istehsalı nəzərdə tutulub.
Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2021-ci ildə ölkədə 10 156 mln. ədəd, 2022-ci ildə – 10 370,2 mln. ədəd, 2023-cü ildə isə 10 648,8 mln. ədəd siqaret və papirosların istehsal olacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 4 949,7 mln. ədəd siqaret və papiros istehsal edilib.
Bundan başqa, proqnozlara əsasən, respublikada fermentləşdirilmiş tütünün də istehsalında artım dinamikası qeydə alınacaq. Gözləntilərə əsasən, 2019-cu ildə Azərbaycanda 4 959,4 ton, 2020-ci ildə – 6 441,5 ton, 2021-ci ildə – 8 265,7, 2022-ci ildə – 8 607,7 ton, 2023-cü ildə isə 8 778,7 ton fermentləşdirilmiş tütün istehsal ediləcək.
Xatırladaq ki, 2018-ci ildə ölkədə 3 501,7 ton fermentləşdirilmiş tütün istehsal edilib.