Xəbər lenti

Azərbaycanda sosial şəbəkələrin reytinqi açıqlandı
Ölkə07:55 12.04.2015

Azərbaycanda sosial şəbəkələrin reytinqi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni axtarış xidməti olan “StumbleUpon”un Azərbaycanda generasiya trafiki artmağa başlayıb.
Qaynar.info Trend-ə istinadən xəbər verir ki, 2015-ci ilin martından etibarən, p2p və bloqinq sosial şəbəkələrini birləşdirən axtarış xidməti olan “Sumble Upon” trafikinin generasiyasına dair statistik göstəricisi “GlobalStats” statuistik mərkəzinin hesabatına daxil olunub.
Yeni platforma sayılan “StumbleUpon”un payına Azərbaycanda generasiya olunan sosial media trafikinin 0,4 faizi düşüb.
Azərbaycanda “Facebook” sosial şəbəkəsi trafik generasiyasına görə 82,7 faizlə üstünlük qoruyur. 2015-ci ilin birinci rübünün nəticələrinə görə, ölkədə “Facebook”un trafik generasiyası 5,6 faiz aşağı düşüb.
“Twitter” şəbəkəsi üzrə isə Azərbaycanda 33,4 faiz artım müşahidə olunub. Bu sosial şəbəkə Azərbaycanda 7,5 faizlə ikinci yeri tutur. Üçüncü yerdə 2,8 faizlə “Vkontakte” sosial şəbəkəsidir.
Sonrakı yerləri isə 1,8 faizlə “Google+”, 1,6 faizlə “Pinterest”, 1,6 faizlə “Tumblr” və digər şəbəkələr tutur.
Qaynar.info