
Azərbaycanda stadionlardan yayımlar fiberoptik sistem vasitəsilə həyata keçiriləcək. Bu işin təşkilatçısı Azərbaycan Premyer Liqasının yayım hüququna sahib olan "CBC Sport"dur.
Qaynarinfo.az-a verilən məlumata görə, Azərbaycan Premyer Liqasının keçirildiyi 6 stadionda artıq fiberoptik bağlantı qurulub. Digər 4 stadionda isə bu yöndə işlərin qurulması planlaşdırılıb.
Qeyd edək ki, fiberoptik kabel sistemindən yayım beynəlxalq miqyasda da istifadə olunur. Bu üsuldan yararlanmaqla stadionda bir neçə kabeldən istifadəyə ehtiyac qalmır, bir dözümlü kabellə uzaq məsafədən güclü peyk siqnalları almaq mümkün olur.
Qaynarinfo.az