Daha bir polis-vətəndaş qarşıdurmasının videosu yayılıb.
Qaynar.info oxu.az-a istinadən xəbər verir ki, videoda görünür ki, Dövlət Yol Polisi əməkdaşı vətəndaşı zorla avtomobilə mindirmək istəyir.
Videonun bölgələrdən birində çəkildiyi bildirilir. Kadrlardan aydın olur ki, YPX əməkdaşı bir gənci fiziki güc tətbiq edərək maşına otuzdurmağa çalışır. Gənc isə müqavimət göstərir. Hadisənin detalları barədə əlavə məlumat yoxdur.
Qaynar.info