Xəbər lenti

Azərbaycanda tanınmış idmançı həbs edildi
İdman17:50 30.11.2016

Azərbaycanda tanınmış idmançı həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda tanınmış idmançı həbs edilib.

K-1 döyüş növü üzrə məşqçi "Pro-Rinq” Rövşən Heybətov saxlanılıb.

Bu barədə vəkil Ceyhun Yusifov məlumat verib. Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ilə ələ keçirilməkdə ittiham olunur.

Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Ceyhun Yusifov bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. (lent.az)

Qaynarinfo.Az