Xəbər lenti

Azərbaycanda təhsil imkanları beynəlxalq sərgidə - FOTOLAR
Ölkə10:25 18.11.2014

Azərbaycanda təhsil imkanları beynəlxalq sərgidə - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində “Optima Study” Beynəlxalq Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Xaricdə təhsil" beynəlxalq sərgi-yarmarkası keçirilib.  

Sərgidə ABŞ, Rusiya, Kanada, Birləşmiş Krallıq, İsveçrədən də təhsil ocaqları iştirak ediblər. Ümumilikdə dünyanın  20-ə yaxın ölkəsinin iştirak etdiyi beynəlxalq sərgidə Azərbaycan universitetləri də təmsil olunub.

Sərgidə Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Bakı Slavyan  Universitetini “Reduco” Təlim Tədris Mərkəzi təmsil edib. Sərgidə xarici tələbələrin Azərbaycan universitetlərində təhsil alması üçün mövcud imkanlarla bağlı iştirakçılara məlumat verilib.

Azərbaycan universitetlərinin təmsil olunduğu sərgi guşəsində bakalavriat və magistratura, o cümlədən MBA proqramı barədə geniş məlumatlar əks olunub.

Qaynar.info