Xəbər lenti

Azərbaycanda təmiz su tədarükçüləri də qiyməti qaldırıbmı?
Ekonomiks12:48 02.02.2021

Azərbaycanda təmiz su tədarükçüləri də qiyməti qaldırıbmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda təmiz su tədarükü ilə məşğul olan şirkətlər suyun qiymətini qaldırıb”.
Bu barədə Qaynarinfo-ya "Şirin su” satışı ilə məşğul olan şirkətdən məlumat verilib. Qurumdan bunun səbəbini xaricdən alınan məhsulların qiymətində 40% artım olması ilə əlaqələndiriblər:
"Şirkət suyun qiymətini 30 qəpik qaldırıb. Ancaq bu artımın suyun qiyməti ilə heç bir əlaqəsi yoxdur. Suyun qiyməti iki gündür qalxıb, biz isə 10 gündür ki, içməli suyun qiymətini qaldırmışıq. 19 litr qablaşdırılmış su hazırda 3 manat 80 qəpiyə satılır. Əvvəllər isə onun qiyməti 3 manat 50 qəpik olub”.
"Saf su”dan isə qablaşdırılmış suların qiymətində heç bir artımın olmadığını bildiriblər: 
"Qiymətləri artırmamışıq. Suyun qiymətinin artırılması ilə bağlı quruma hər hansı məlumat daxil olmayıb”.
"İpək su” tədarük edən şirkət də qablaşdırılmış suyun qiymətini qaldırmayıb:
"Suyun qiyməti artmayıb. 19 litr qablaşdırılmış suyun qiyməti 3 manat 50 qəpikdir. Suyun qiymətinin artması gözlənilmir”.
Bahar Rüstəmli