Xəbər lenti

“Azərbaycanda tikilən binalar istənilən zəlzələyə davamlıdır" - Ekspert
Ekonomiks08:07 04.07.2023

“Azərbaycanda tikilən binalar istənilən zəlzələyə davamlıdır" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"SSRİ dövründə tikilən 5-9 mərtəbəli, ondan sonra tikilən yeni binalar layihə institutları tərəfindən hazlanıb və 9 bal gücündə zəlzələyə davamlıdır”. 
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Əsədov deyib. O bildirib ki, burada əsas iş konstrukturların və seysmoloqların üzərinə düşür: 
"Dalğaların özünəməxsus elmi tərəfləri var. Dalğalar da müxtəlif olur. Bizim binaların tikinti layihələri lahiyə institutları tərəfindən SSRİ zamanı hazırlanıb. 1970-1980-ci illərdən sonra inşa olunan binaların hamısı 9 bal gücündə zəlzələyə davamlıdır”. 
Elnur Əsədov binaların istismar müddətinin də nəzərə alınmasının vacibliyini qeyd edib.
"Binaların altından yeraltı sular keçir. Bu kimi hallar var. Bina köhnəldikcə, onun zəlzələyə davamlığı azalır”, deyə ekspert bildirib.
Bahar Rüstəmli