Ölkə 15:49 11.10.2022

Azərbaycanda “TikTok”la bağlı qərar verildi

Azərbaycanda "Tik-Tok" sosial şəbəkəsinə qoyulan qadağa ləğv edilib.

Qaynarinfo xəbər verir ki, hazırda sosial şəbəkədən istifadə sərbəstdir.

Qeyd edək ki, bir müddət əvvəl "TikTok” sosial şəbəkəsinin Azərbaycan ərazisində yayımlanması dayandırılmışdı. Buna səbəb sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayımlanması olub.