Xəbər lenti

Azərbaycanda “toy karvanı” qəzaya uğradı: yaralılar var
Ölkə17:17 21.04.2015

Azərbaycanda “toy karvanı” qəzaya uğradı: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Qazax yolunun 118-ci km-liyində, Hacıqabul rayonu ərazisində “toy karvanı” qəzaya uğrayıb.
Bakı sakini 1958-ci il təvəllüdlü Rüstəmov Mülkədar Şamil oğlunun idarə etdiyi “MAN” markalı 90 ME 362 nömrəli nişanlı yük maşını “toy karvanı”nda gedən İmişli rayon, Yalavac kənd sakini 1969-cu il təvəllüdlü Fərmanov Elxan Ağamoğlan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Nəticədə “Mercedes”də olan 2 nəfər sərnişin ağır kəllə beyin travması ilə Şirvan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hadisə ilə bağlı istintaq aparılır.//APA
Qaynar.info