Xəbər lenti

Azərbaycanda valideynlik hüququndan məhrum edilənlərin şok statistikası
Ölkə06:21 14.11.2019

Azərbaycanda valideynlik hüququndan məhrum edilənlərin şok statistikası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il Azərbaycanda 55 nəfər valideynlik hüququndan məhrum edilib.
Bu barədə modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ümumilikdə 2005-2018-ci illər ərzində valideynlik hüququndan məhrum edilənlərin sayı 1530 nəfər olub.
2005-ci ildə 116, 2006-cı ildə 105, 2007-ci ildə 129, 2008-ci ildə 121, 2009-cu ildə 113, 2010-cu ildə 80, 2011-ci ildə 95, 2012-ci ildə 112, 2013-cü ildə 92, 2014-cü ildə 98, 2015-ci ildə 100, 2016-cı ildə 123, 2017-ci ildə 118, 2018-ci ildə isə 128 nəfər valideynlik hüququndan məhrum edilib.
Bundan əlavə, ötən il 35 nəfərin valideyn hüquqları məhdudlaşdırılıb. Ümumilikdə 2005-2018-ci illər ərzində valideynlik hüquqları məhdudlaşdırılanların sayı 634 nəfər olub.
2005-ci ildə 4, 2006-cı ildə 5, 2007-ci ildə 9, 2008-ci ildə 43, 2009-cu ildə 42, 2010-cu ildə 21, 2011-ci ildə 30, 2012-ci ildə 25, 2013-cü ildə 90, 2014-cü ildə 63, 2015-ci ildə 78, 2016-cı ildə 86, 2017-ci ildə 103, 2018-ci ildə isə 35 nəfərin valideyn hüquqları məhdudlaşdırılıb.