Xəbər lenti

Azərbaycanda valyuta satışı: son 4 ilin ən aşağı göstəricisi - Ekspert
Ekonomiks11:18 01.04.2021

Azərbaycanda valyuta satışı: son 4 ilin ən aşağı göstəricisi - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2021-ci ilin I rübünün nəticələrinə görə, valyuta satışına qənaət olunub.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, Neft Fondunun mart ayında satdığı valyutanın həcmi 397,7 milyon ABŞ dolları olub:
"Bu 2017-ci ildən sonra, yəni son 4 ilin ən aşağı göstəricisidir. Fond tərəfindən satılan valyutanın həcmi 2017-ci ilin martında 250 milyon USD, 2018-ci ilin martında 647 milyon USD, 2019-cu ilin martında 600,5 milyon USD olub. Ötən ilin müvafiq dövründə isə Fond 1 milyard 928,3 milyon həcmində dollar satmışdı. 2021-ci ilin I rübün nəticələri valyuta satışında qənaətin olduğunu göstərir. Belə ki, 3 ay üzrə satılması nəzərdə tutulan valyutanın həcmi orta hesabla 1,8 milyard USD olmalı olduğu halda reallıqda satılan valyutanın həcmi daha az - təxminən 1,5 milyard USD olub. Bu da ötən ilin müvaffiq dövrü ilə müqayisədə 1,3 milyard azdır”.
Ekspert vurğulayıb ki, yola saldğımız rübdə 314 milyon dollarlıq valyutaya qənatə edilib.
Bahar Rüstəmli