Xəbər lenti

Azərbaycanda vəzifəli şəxs intihar etdi
Ölkə09:17 19.07.2015

Azərbaycanda vəzifəli şəxs intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən günorta saatlarında Şirvan şəhər sakini özünü asaraq intihar edib. 
Qaynar.info APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Natəvan küçəsi 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib.
Məlumata görə, intihar edən şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən idarələrindən birində baş mühasib vəzifəsində çalışırmış.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Qaynar.info