Xəbər lenti

Azərbaycanda "Xırdalan" və digər markalı pivələrin qiyməti bahalaşdı
Ekonomiks19:56 15.01.2020

Azərbaycanda "Xırdalan" və digər markalı pivələrin qiyməti bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Carlsberg Azerbaijan" şirkəti istehsal etdiyi pivənin qiymətini 15 faizə qədər bahalaşdırıb.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Azərbaycanda "Xırdalan" brendi altında satılan pivənin qiymətində 10-15 faiz bahalaşma qeydə alınıb. 
0.5 litrlik «Xırdalan» pivəsi - əvvəl 1.60 qəpik - hazırda 1.70  qəpik,
2 litrlik «Xırdalan» pivəsi - əvvəl 4.80 qəpik - hazırda 5.40 qəpik,
0.5 litrlik «Kuller» pivəsi - əvvəl 1.80 qəpik - hazırda 2 manat,
2 litrlik «Xirdalan» pivəsi - əvvəl 5.80 qəpik - hazırda 6.80 qəpik,
"0.5 litrlik «Baltika 9» pivəsi - əvvəl 2 manat - hazırda 2.20 qəpikdir. 
Qeyd edək ki, şirkət digər markalarda pivə içkilərinin bir qisminin qiymətlərində də  7 faizdən çox artım edib.