Xəbər lenti

Azərbaycanda yaşayış minimumu: Rəqəmlər nə deyir?
Ekonomiks07:17 23.11.2022

Azərbaycanda yaşayış minimumu: Rəqəmlər nə deyir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yaşayış minimumu artıb. Bu il üçün rəqəmlər başqadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat olub:
"Əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub. Layihəyə əsasən, 2023-cü il üçün yaşayışminimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib”.
Bahar Rüstəmli