Xəbər lenti

Azərbaycanda yaşlıların sayı: Bu necə hesablanır?
Ölkə06:42 23.06.2023

Azərbaycanda yaşlıların sayı: Bu necə hesablanır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu cür xəritə metodologiyaların hazırlanması əslində ekanometrik təhlillərə söykənir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli gerçək rəqəmlər üzərindən bölgələrin sağlamlıq və orta yaş xəritəsinin hazırlanmasının mexanizmlərindən danışarkən deyib. 
Ekspert bildirib ki, bu prosesdə beynəlxalq təcrübə və standartlar da nəzərə alınır: 
"Ümumiyyətlə, orta yaş xəritəsinin hazırlanması özündə bir necə amili əhatə edir. Burada statistik məlumatlara əsasaən, insanların orta yaş həddi, orta ömür müddəti, müqayisəli test təhlil, doğulanda gözəlinən ömür uzunluğu, uğursuz nigahların orta ömürlük müddətinə təsiri, insanların potensial ömür müddətinin qiymətləndirilməsi, orta yaş həddinə təsir edən bəzi məlumatlar, demokrafik və sosial siyasət, insanların ayrı-ayrı məlumatları da öz əksini tapır. Bunun hesablanması əsas medadologiyaya düzgün yanaşmadır. Bu gələcəkdə pensiyaların müəyyənləşməsi, pensiyanın minumum həddinin müəyyən edilməsi, pensiya yaşının hesablanmasında əhəmiyyətli bir məlumatlardır. Gələcəkdə ölkənin sosial təminatına, sosial müavinətlərin təyinatına əhəmiyətli təsir göstərəcək”.
Ekspert prosesin dəqiq aparılmasının vacibliyini vurğulayıb: 
"Ancaq bunlar bizdə dədiq aparıla bilmir. Çünki bizdə qeydiyyatda olub, başqa MDB ölkələrində yaşayan insanlar var ki, onların hazırkı vəziyyəti ilə bağlı biz məlumat əldə edə bilmirik. Bunun üçün statistik məlumatlarda yalnışlığa yol verilir. Ölkədə 10 ildən bir insanların siyahıya alınması gedir. Hesab  edirəm ki, həmin məsələdə düzgün siyahıya alınma aparılmalıdır. Bu baxımdan, kompleks yanaşma olmalıdır. Onlar da bazaya daxil edilib, təhlilləri aparılmalıdır”. 
Bahar Rüstəmli