Beynəlxalq Valyuta Fondu Azərbaycanda növbəti dəfə devalvasiya olacağını gözləmir. Anspress-in məlumatına görə, qurumun proqnozunu Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi səsləndirib.
O deyib ki, dövlətin valyuta ehtiyatları stabilləşdiyinə görə, növbəti devalvasiya baş tutmayacaq. Neftin qiyməti 50 dollara düşməsi belə devalvasiyaya səbəb olmayacaq.
Çünki gələn ilin büdcəsində neftin qiyməti 50 dollar götürülür.
Qaynar.info