Xəbər lenti

Azərbaycanda yeni avtomatlar istehsal edildi (FOTO)
Ölkə05:55 16.06.2018

Azərbaycanda yeni avtomatlar istehsal edildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ordusu yeni avtomat modelini silahlanmaya qəbul edib.
Qaynarinfo "AzeriDefence”yə istinadən bildirir ki, Quru Qoşunları İsrail istehsalı TAR-21 "Tavor” avtomatından sonra atıcı silahlarının sırasına daha birini daxil edib.
Yeni avtomat iyun ayının 11-də Raket-Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub.
AR-15 "Aztex” adlı avtomat dizayn və iş prinsipinə görə Amerikanın məşhur AR-15 hücum tüfənginin xəttinə əsaslanır. Avtomat Azərbaycan istehsalıdır və sovet 7.62×39 mm kalibrli patronlardan istifadə edir. Effektiv atış məsafəsi 1000 metrdək göstərilir.
Adıçəkilən avtomatın növbəti partiyalarının da orduya verilməsi gözlənilir.
AR-15 "Aztex” avtomatı uzunluğu tənzimlənən teleskopik qundaqla və 3 hissədə (lülə qutusunun üzəri, sağ və sol tərəfdə) pikkatini tamasaları ilə komplektləşdirilib.