
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Muğanlı-İsmayıllı avtomobil yolunun 33-cü kilometrliyində yeni körpünü istismara verib.
Bu barədə Qaynar.info-ya ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Onun sözlərinə görə, yeni körpü köhnə, yarasız vəziyyətə düşmüş körpünün yerində tikilib.
P.Mürsəliyev bildirib ki, Qurudərədə yerləşən uzunluğu 2,3 və hündürlüyü 9 metr olan köhnə körpü 1979-cu ildə inşa edilmişdi. Ancaq körpüdən ağır yüklü nəqliyyat vasitələrinin keçməsi və suyun dayaqları yuyaraq yararsız vəziyyətə salması körpüdən istifadəni qeyri-mümkün etmişdi.
P.Mürsəliyevin sözlərinə görə, körpüyə baxış keçirildikdən sonra yenisinin tikilməsi barədə qərar qəbul edilib.
Yeni körpünün uzunluğu 6 metr, hündürlüyü 8,5 metrdir.
Qaynar.info