Azərbaycanda ictimai nəqliyyatda kart sistemindən istifadəyə ehtiyac olmayacaq.
Qaynarinfo-nun məlumatına görə, bu barədə jurnalistlər üçün "Azintelekom" MMC tərəfindən təşkil edilən təlimdə bildirilib.
MMC rəsmiləri qeyd edib ki, "Sima Pay" sistemi vasitəsi ilə bu iş həyata keçiriləcək. "Sima Pay" sistemində qeydiyyatdan keçməklə insanlar ictimai nəqliyyatdan üz tanıtma sistemi ilə istifadə edə biləcəklər. 2023-cü ilin sonuna kimi bu işin icrası mümkün ola bilər.
Əhməd