
İsmayıllı rayonunda 4.4 bal gücündə zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Qaynarinfo.Az-a verilən məlumata görə, yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Dərinliyi 8 km olan zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Qaynarinfo.Az