Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı, Azərbaycan üçün nəzərdə tutulan inkişaf gündəliyində sosial sahibkarlığa xüsusi diqqət ayırır.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində sosial sahibkarlar arasında sorğu keçirilib. Bu sahibkarlar sağlam həyat tərzinin təşviq edilməsi, kənd yerlərində yaşayan qadınların və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi, gənclərin təhsil imkanlarının yaxşılaşdırılması, o cümlədən ekoloji xidmətlərin göstərilməsi kimi müxtəlif sahələrdə çalışırlar.
Sorğunun məqsədi ölkədəki sosial müəssisələrin fəaliyyət sahələri ilə tanış olmaq, onların qarşılaşdıqları çətinliklərini öyrənmək və gələcəkdə onlara müvafiq dəstək növünü müəyyən etmək idi. Sorğunun nəticələri sosial sahibkarlığın inkişafına dəstək istiqamətində siyasət tövsiyələrinin hazırlanması üçün istifadə ediləcək.
25 respondentdən toplanan nəticələr göstərir ki, sosial müəssisələrin əksəriyyəti Bakıda yaradılıb və öz məhsul və xidmətlərini yerli bazarda satırlar. Əksər müəssisələrdə gender balansının nəzərə alındığı 5-10 nəfərdən ibarət kiçik komandalar fəaliyyət göstərir.
Sosial müəssisələr sırasında ənənəvi bizneslərlə yanaşı startaplar və rəqəmsal bizneslər yer alır. Onlar əsasən rifah, məşğulluq və layiqli iş, əlilliyi olan insanların ehtiyaclarının qarşılanması və dayanıqlı istehsal sahələri üzrə problemlərin həllinə yönəliblər.
Sosial müəssisənin dəqiq hüquqi tərifi, maliyyələşdirmə imkanları, ictimai məlumatlandırma və iqtisadi mühit sahibkarlar tərəfindən qarşıda duran əsas çətinliklər kimi qeyd edilir və investisiya dəstəyi bizneslərini genişləndirmələri üçün ilkin ehtiyac olaraq bildirilir.
Sosial sahibkarlıq komponenti çərçivəsində seminarlar, görüşlər və məsləhət yardımı vasitəsilə bu layihə, sahə üzrə əlverişli siyasət çərçivəsinin yaradılmasında ölkənin səylərini dəstəkləməyə çalışır. Məqsəd ölkədə sosial-iqtisadi və ekoloji məsələlər istiqamətində daha çox insana biznes qurmağa və inkişaf etdirməyə imkan yaratmaqdır.
Sosial sahibkarlığın inkişafı üzrə fəaliyyətlər silsiləsi beynəlxalq ekspertin 2022-ci ilin sentyabrında Azərbaycana növbəti səfəri ilə davam edəcək və gələcək siyasət tədbirləri üçün müəyyən addımlar təklif ediləcək. Qeyd edilməlidir ki, bu prosesə rəhbərlik edən beynəlxalq ekspert Lana Lovaşiç aprelin ayının ortalarında Bakıda olub və bu sahədə cari maneələrin öhdəsindən gəlmək üçün sosial sahibkarlarla birgə həll yolları üzrə çalışıb.
***
Sözügedən komponent, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin icra etdiyi "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən həyata keçirilir.
Layihə - siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək, sosial sahibkarlıq və sosial innovasiyanın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsini hədəfləyir.
Əlaqə üçün məlumat:
Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi -
[email protected] Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri
[email protected] Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.