Xəbər lenti

Azərbaycandan 1 dəfə imtina etmiş futbolçuya yalvarmaq nəyə lazım? - AFFA-nın yalanı
İdman10:07 27.01.2017

Azərbaycandan 1 dəfə imtina etmiş futbolçuya yalvarmaq nəyə lazım? - AFFA-nın yalanı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əslən azərbaycanlı olan, hazırda Almaniyada "Ayntraxt" klubunda çıxış edən futbolçu Renat Dadaşov Azərbaycan millisində çıxış edəcək.

Qaynarinfo.Az xəbər verir ki, AFFA-nın saytı futbolçunun özünün bu quruma müraciət etdiyini bildirib. Bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Almaniya Futbol İttifaqı bildirib ki, o bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.

AFFA isə onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlayıb. Artıq FIFA müraciəti cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Renat Dadaşovun FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.

Lakin maraqlı burasındadır ki, bu futbolçu vaxtı ilə Azərbaycanın 16 yaşadək millisində (U-16) çıxış edib. Təbriz Həsənovun baş məşqçisi olduğu müddətdə. Sonradan o, yaşadığı Almaniyanın U-17 millisində çıxış etmək istəyib və edib də. Sonradan necə olubsa, AFFA onu fikrindən daşındıra bilib. Baxmayaraq ki, AFFA-nın saytı futbolçunun özünün quruma müraciət etdiyini bildirir, Ancaq Renatın özü bunu danır. 

17 yaşlı Dadaşov bu barədə "Report"a verdiyi açıqlamasında bu məsələyə aydınlıq gətirib: "AFFA-nın baş katibi Elxan Məmmədov mənimlə görüşdü. Dedi ki, Azərbaycan millisində oynamaq istərdinmi? Mən də düşünmək üçün vaxt istədim. Qardaşım, vaxtilə Azərbaycan yığmasında çıxış etmiş Rüfət Dadaşovla söhbət etdim. Qardaşım dedi ki, ürəyinin səsinə qulaq as, sonra da qərar ver. Almaniya Futbol İttifaqından da mənimlə əlaqə saxladılar. Onlar Almaniya yığmasında qalmağımı təklif etsələr də, mən bir müddət düşündükdən sonra tarixi vətənimin komandasında çıxış etməyi üstün tutdum. Demək olar ki, rəsmi dəvət aldığım vaxtdan qərar qəbul edənədək mənə çox az vaxt lazım gəldi".

Onu da bildirək ki, tərəflər arasında təmasın mayda olduğu güman edilir. Xatırlayırsınızsa, o vaxt U-17-lərin Avropa çempionatında iştirak etmək üçün Renat Almaniya millisi ilə Bakıya gəlmişdi. O vaxtdan bəri Almaniya Futbol İttifaqı və FİFA ilə yazışmalar aparılıb və yekun qərar bu aya təsadüf edib.

Renatın bu müddətdə vətənpərvərlik duyğularının oyanması da heç inandırıcı deyil. Nə oldu, nə dəyişdi ki? Dəyişən odur ki, AFFA-nın yüksək maaş və birbaşa əsas millidə oynamaq təklifi 17 yaşlı cocuq üçün göydəndüşmə olub. Qərar dəyişikliyi də bununla əlaqədardır.

Qeyd edək ki, bundan əvvəl də AFFA hücum xəttini xarici ölkənin vətəndaşları ilə doldurub. Türkiyə vətəndaşı Dəniz Yılmaz və Rusiya vətəndaşlığı olan Ramil Şeydayev ötən il Azərbaycan millisinə cəlb olunub.

Qaynarinfo.Az