
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Qaynar.info xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 22 pillə geriləyib və 269 xalla 134-cü pillədə qərarlaşıb. 112-ci pillədən bu qədər geriləməyimizə səbəb ötən ay Antalyada Qazaxıstana 0:1 uduzmağımızdır. Qazaxıstanın özü isə Azərbaycan və Gürcüstanla oyunda uduzmadığına görə, 9 pillə irəli sıçrayış edib. Hazırda qazaxlar 116-cı sıradadırlar.
Türkiyə isə İsveç və Avstriya qələbələri sayəsində 7 pillə irəliləyərək 13-cü sıraya qalxıb. Yığmamızın iyunun 3-də Avstriyada gücünü sınayacağı Kanada millisi 8 pillə geriləyib. Şimali Amerika təmsilçisi hazırda 95-ci pillədədir.
Qeyd edək ki, ilk "10-luq"da da dəyişikliklər baş verib. Yoldaşlıq oyunların avropalıların ziyanına olubsa, rəsmi görüşlər Latın Amerikası yığmalarının xeyrinə olub.
Belə ki, Argentina millisi Belçikanın Portuqaliyaya uduzmasından yararlanıb ilk sıraya yiyələnib. Eynu zamanda Çili və Kolumbiya kimi Cənubi Amerika milliləri də irəliləyib. Çili 2 pillə irəliləyərək III, Kolumbiya 4 pillə yüksəliş edərək IV sıraya qalxıb. Uruqvay da 2 pillə irəliləyərək "10-luq"dan Avstriyanı çıxarıb.
TOP-10
1. Argentina
2. Belçika
3. Çili
4. Kolumbiya
5. Almaniya
6. İspaniya
7. Braziliya
8. Portuqaliya
9. Uruqvay
10. İngiltərə
Qaynar.info