Xəbər lenti

Azərbaycandan 6 futbolçu Fransadakı finalı izləyəcək - FOTOLAR
İdman09:20 10.07.2016

Azərbaycandan 6 futbolçu Fransadakı finalı izləyəcək - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Fransanın "Stad de Frans" arenasında möhtəşəm final oyunu keçiriləcək. Avropa çempionatının son görüşündə 2-ci dəfə çıxan Portuqaliya 2 dəfə bu turnirin qalibi olmuş meydan sahibi Fransa ilə qarşılaşacaq.

Qaynarinfo.az-ın Parisə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, oyunu Azərbaycandan 6 futbolçu da izləyəcək.

Bunlar U-10 Liqasından Bəhlul Mehdiyev (Siyəzən UGİM), U-11 Liqasından Sadiq Şəfiyev ("Kəpəz"), U-12 Liqasından Əfqan Nuriyev (Ağsu UGİM), U-13 Liqasından Ümid Səmədov (Gəncə TİM) və Selcan Hüseynli (Mingəçevir), eləcə də U-13 Qızlar Liqasından Jalə İbrahimovadır ("Sumqayıt"). Bu 6 futbolçu öz liqalarında yaxşı cəhətdən fərqlənən oyunçulardır və Avropa çempionatının sponsorlarından olan SOCAR şirkətinin xətti ilə turnirə dəvət olunublar. Məqsəd onlara final ab-havası yaşatmaqla peşəkarlığa gedən yolda müəyyən stimul yaratmaqdır.

Qaynarinfo.az