Xəbər lenti

Azərbaycandan didərgin düşən braziliyalı oyunçu bunun səbəblərini açıqladı
İdman13:23 26.05.2016

Azərbaycandan didərgin düşən braziliyalı oyunçu bunun səbəblərini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, futzal millimizə braziliyalı Milton Luiz Ziller Junior (Miltinyo) baş məşqçi təyin olunub.

Millimizin və Naxçıvanın "Araz" klubunun sabiq qapıçısı Laersio Buranello Qaynarinfo.az-a bu haqda danışıb:

"Mən onunla gənc yaşlarımda işləmişəm. Bu da cəmi 1 ay çəkib. Ancaq onu yaxşı tanıyıram. O, super məşqçidir. Azərbaycan millisi ilə çoxlu hədəflərə nail ola bilər. O, çox böyük peşəkardır. Əgər ona iş görməyə imkan verilsə, çox yaxşı nəticələrə nail olacaq".

Buranello Azərbaycan millisində yenidən oynamaq istədiyini ifadə edib: "Milli komandada onunla işləməyə çox şad olardım. Azərbaycan yığmasında yenidən oynamağı sevə-sevə istəyirəm. Üstəlik, Miltinyo kimi məşqçinin rəhbərliyi altında".

Hazırda Braziliyanın "Pompeya" klubunda çıxış edən Laersio Azərbaycana qayıtmaq üçün şərtlərinin olduğunu, lakin bunun yerinə yetirilmədiyinə görə bura dönə bilmədiyini qeyd edib: "Mən həmişə Azərbaycana yaşamaq üçün qayıtmaq istəmişəm. Həmişə Tino Peresə, Marat Salyanskiyə, Ruslan Məmmədliyə (yığmamızın və "Araz"ın inzibatçısı - red.) və hətta prezidentə bunu demişəm. Ancaq mən Azərbaycana tək yox, ailəmlə - həyat yoldaşım və oğlumla getmək istəyirəm. Məhz bu üzdən Azərbaycana qayıtmadım. Çünki onlar mənim ailəmi yalnız 4 aydan sonra gətirəcəkdilər. Mən isə bununla razılaşmadım.

Azərbaycanı tərk etməzdən əvvəl mənim geri qayıtmağımı istəyən prezidentə bildirməyə çalışdım ki, ancaq ailəmlə bura dönərəm. Əgər onlar bunu etsələr, Azərbaycanda oynamağa qayıtmaqdan şad olaram. Ancaq bu fikirlərimi ona çatdıra bilmədim. Sonra Braziliyada olarkən də buna cəhd etdim. Yenə onunla danışa bilmədim. Məncə, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun bunlardan xəbəri yoxdur. Klub rəsmiləri ona bu haqda heç nə deməyiblər. Məncə, onlar Axundova başqa şeylər söyləyib".

Laersio onun yoxluğunda millidə və "Araz"da əsas qapıçı olan Rövşən Hüseynli barədə də fikirlərini çatdırıb: "Məncə, o, yaxşı qolkiperdir. Mən hələ o vaxt baş məşqçi Alesioya bu haqda demişdim. Onda hələ Rövşən zəif komandada oynayırdı. Ancaq onun inkişaf etdirməli olduğu cəhətləri də var. İtaliya ilə oyunda və Hollandiya ilə 2-ci matçda bu zəif cəhətləri göründü".

Qaynarinfo.az