Xəbər lenti

Azərbaycandan fərqli, Ukrayna tanınmamış Kosovo ilə niyə oynayıb?
İdman10:28 19.02.2016

Azərbaycandan fərqli, Ukrayna tanınmamış Kosovo ilə niyə oynayıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın 21 yaşadək milli komandasının (U-21) baş məşqçisi Aleksandr Qolovko ölkəsinin mətbuatına 1 saatdan çox vaxtı əhatə edən geniş müsahibə verib.

Qaynar.info xəbər verir ki, ona bizim millinin qalibi olduğu "Antalya Kap" barədə də sual verilib.

Ukraynanın Azərbaycana 1:2 hesabı ilə uduzduğu ilk oyunda "Kəpəz"in futbolçusu Namiq Ələsgərovun vurduğu penaltidə türk hakimlərin səhv qərar verdiyi iddia edilir. Belə ki, baş hakim müdafiəçinin başına dəyən topu ələ toxunuş kimi səhvən qiymətləndirib. Oxuculardan birinin verdiyi sual isə bundan ibarət olub ki, niyə ukraynalı futbolçular buna etiraz etməyib. Olmaya bu, baş məşqçinin təlimatıdır?

Cavabı dinləyək: "Hər bir çalışdırıcının məşqlərinin sonunda istənilən komanda deyir: "Biz daha güclü olmalıyıq, o cümlədən hakimlərdən də". Hakimlər futbolun bir hissəsidir. Sarı vərəqə və növbəti oyunu buraxmaqla heç nə olmaz. Sən komandanı təmsil edirsən. Sadəcə ağzını bağlamaq lazımdır. Əgər bazar açılsa, bu futbolçunu əvəzləyirsən və ona hansısa sanksiyalar verirsən. Bu, nizam-intizamdır, olmalıdır. Burda mən istəyirəm və ya istəmirəm söhbəti ola bilməz".

Ukraynalı oxuculardan biri isə Kosovonun müstəqilliyi tanınmasa da, Azərbaycandan fərqli, Ukraynanın bu milli ilə oynamasına yerli federasiyanın icazə verməsinə narazılıq bildirib. Qolovkonun cavabı belə olub: "Mən siyasətə çox da qarışmıram. Ona görə də bu suala cavab verməyəcəyəm. Bizdə dərhal bu məsələ yarandı. Mütləq federasiyaya zəng olub, UEFA səviyyəsində bu məsələ aydınlaşdırılıb. Anladığım qədər, Avropa çempionatında da, futbol birliklərində də artıq onların çıxışına dair sifarişlər var. Kosovonu cəmi 2 və ya 3 ölkə tanımayıb. 2 dəfə böyük fərq var. Bizə federasiyadan göstəriş gəlir ki, bu vacibdir, yoxsa yox".

Qeyd edək ki, millimiz turnirin sonuncu görüşündə Kosovo ilə oynamayıb. Buna baxmayaraq, həmin oyunun nəticəsindən asılı olmayaraq, bütün rəqiblərinə qalib gəlmiş Azərbaycan bu turnirin ilk dəfə qalibi olub.

Qaynar.info