Xəbər lenti

Azərbaycandan gətirilən 16 ton süd məhsulları Rusiyaya buraxılmadı
Ekonomiks05:13 27.10.2016

Azərbaycandan gətirilən 16 ton süd məhsulları Rusiyaya buraxılmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycandan bu ölkəyə ümumi çəkisi 16,06 ton süd məhsullarının ixracının qarşısını alıb.
Qaynainfo.Az APA-ya istinadən xəbər verir ki, ixrac üçün nəzərdə tutulmuş pendir, xama, kərə yağı, qatıq, ayranın hər iki ölkənin müvafiq baytarlıq sertifikatı yoxdur. 
Bununla yanaşı, Rusiya tərəfi qeyd edir ki,məhsulların üzərində qeyd olunan tarix faktiki istehsal tarixi ilə üst-üstə düşmür. Qeydə alınan çatışmazlıqlar arasında bəzi məhsulların üzərində rus dilində müvafiq məlumatın olmaması da var.
Qaynainfo.Az