Xəbər lenti

Azərbaycandan İrana uçuşlar ləğv olunub? - Rəsmi cavab
Ekonomiks08:09 05.06.2023

Azərbaycandan İrana uçuşlar ləğv olunub? - Rəsmi cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə Azərbaycandan İrana uçuşların ləğv olunması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, bu istiqamətdə bütün təyyarə reysləri ötən gündən bəri ləğv olunub. 
"Qafqazinfo” məsələ ilə bağlı AZAL-ın Mətbuat xidməti ilə əlaqə saxlayıb.
Qurumdan reyslərin ləğv olunmadığı bildirilib: "İrana uçuşlar adi qaydada həyata keçirilir".
Qeyd edək ki, hazırda Azərbaycandan İrana AZAL və "Buta Airways” ilə onlayn bilet almaq mümkün deyil. Saytda açılan pəncərədə bu istiqamətdə biletlərin olmadığı bildirilir.