Xəbər lenti

Azərbaycandan Portuqaliyaya gedən futbolçuların sayı 4-ə çatdı
İdman17:35 25.07.2016

Azərbaycandan Portuqaliyaya gedən futbolçuların sayı 4-ə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən mövsümü "Neftçi"də çıxış edən braziliyalı sol cinah müdafiəçisi Aylton Ferreyra Silva da Portuqaliya çempionatında çıxış edəcək.

Qaynarinfo.Az xəbər verir ki, Braziliyanın "Fluminense" klubuna məxsus olan 21 yaşlı oyunçu bu dəfə legioner karyerasını "Eştoril Praya" klubunda davam etdirəcək. O bu kluba da 1 mövsümlüyə icarəyə verilib.

Qeyd edək ki, Aylton ötən mövsüm Azərbaycanda çıxış edib Portuqaliyaya yollanan 4-cü futbolçudur. Belə ki, ona qədər "Zirə"dən salvadorlu Nelson Bonilya "Nasional"a, "Xəzər Lənkəran"dan Elnur Cəfərov "Tondela"ya və "Kəpəz"dən Budaq Nəsirov "Sportinq"ə keçib. Bundan başqa, ötən mövsüm Rusiyanın "Mordoviya" klubunda çıxış etmiş azərbaycanlı futbolçu Emin Mahmudov da "Boavişta"ya transfer olunub.

Qaynarinfo.az