Xəbər lenti

Azərbaycandan pul çıxarmağa məhdudiyyət qoyuldu
Ekonomiks05:45 08.02.2017

Azərbaycandan pul çıxarmağa məhdudiyyət qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Mərkəzi Bankı (AMB) rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyuta ilə əməliyyatların aparılması Qaydalarına dəyişiklik edib.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bank sektorundakı mənbə məlumat verib.
“Dəyişikliklərə əsasən, fiziki şəxs xaricə aylıq 30 min ABŞ dolları, o cümlədən bank hesabı vasitəsilə 10 min ABŞ dolları, hesab açmadan 10 min ABŞ dolları, yaxın qohumlara 10 min ABŞ dollarınadək vəsait göndərə bilər», - deyə mənbə bildirib.

Onun sözlərinə görə, qohumların sayından asılı olmayaraq bu məqsədlər üçün xaricə pul köçürmələrinin limiti 10 min ABŞ dolları təşkil edir.

Qaynarinfo.Az