Xəbər lenti

Azərbaycandan qaçmaq istəyən qatil yaxalandı - FOTO
Ölkə06:38 28.07.2014

Azərbaycandan qaçmaq istəyən qatil yaxalandı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda törədilən qətlin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 25-də Q.Qarayev prospektində üzərində zor əlaməti görünən (baş nahiyəsinin küt alətlə əzilmiş xəsarət olan) təxminən 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi və Rayon Prokurorluğu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qətlə yetirilən şəxsin Gürcüstan vətəndaşı, 1966-cı il təvəllüdlü Zviadi Kentçoşvili olduğu müəyyən edilib.

Hadisəni törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Emil Xudaverdiyev isə respublikadan qaçmaq istəyərkən Qazax sərhəd keçid məntəqəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, iyulun 25-də metronun “Koroğlu” stansiyası yaxınlığında yerləşən körpünün altında 35-40 yaşlarında kişinin meyiti tapılıb. Onun naməlum şəxs və ya şəxslər tərəfindən başına “kubik”lə vurularaq qətlə yetirildiyi məlum olub.

Qaynar.info