Xəbər lenti

Azərbaycandan "Boeing"ə 1 mlrd. dollarlıq sifariş
Ekonomiks13:54 14.04.2017

Azərbaycandan "Boeing"ə 1 mlrd. dollarlıq sifariş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və ABŞ-ın "Boeing" aerokosmik korporasiyası 10 ədəd "Boeing-737 MAX" sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalanıb. 

Bu barədə "APA"ya "Silk Way Holding"dən məlumat verilib. Müqavilə "Silk Way Holding"in prezidenti Zaur Axundov və "Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrott tərəfindən bu gün Bakıda imzalanıb.

İmzalama mərasimində AZAL-ın prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iştirak edib.

Müqavilənin ümumi məbləği təxminən 1 mlrd. dollar təşkil edir.

Qaynar.Az