Xəbər lenti

Azərbaycandan Rusiyaya yumurta tədarükü 4,2 milyon ədədə çatdı
Ekonomiks18:26 25.01.2024

Azərbaycandan Rusiyaya yumurta tədarükü 4,2 milyon ədədə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 25-də Azərbaycandan Rusiyaya 612 min ədəd (36 ton) daha iki partiya ərzaq yumurtası tədarük edilib.
Bu barədə "Rosselxoznadzor” məlumat yayıb.
Ümumilikdə, bugünədək Azərbaycan Rusiyaya 4,2 milyon ədəd yumurta ixrac edib.
Bildirilir ki, yaxın vaxtlarda daşınmaların fasiləsiz həyata keçirilməsi üçün texniki mütəxəssislər məsləhətləşmələr aparacaqlar.
Qeyd edək ki, Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiyaya yumurta tədarükünə başlayıb.