Xəbər lenti

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
Ekonomiks10:56 04.06.2026

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl və gübrə göndəriləcək.
Qaynarinfo xəbər verir ki, bu ölkəyə 3 vaqon buğda, 2 vaqon arpa və 1 vaqon gübrə tədarük olunacaq.
Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.