Xəbər lenti

phrase_var_qaynar. 19:00 05.01.2026

"Azərbaycanfilm"in mətbuat katibi vəzifəsindən ayrıldı

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ramilə Qurbanlı işindən ayrılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Ramilə Qurbanlı əvvəllər "Ədəbiyyat qəzeti", "7 Gün", "Gənclik - P. S", "Gün Səhər", "Üç nöqtə", "Yeni zaman", "Azərbaycan", "Xalq" qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında, AZTV, "Space" və APA TV-də çalışıb. 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->