
Bu yay ölkəmisi UEFA bayrağı altında keçirilən yarışlarda təmsil edəcək klubların adları müəyyənləşib.
Sport7.az xəbər verir ki, UEFA "Zirə"nin avrokuboklara qatılmasına icasə verəndən sonra AFFA rahat nəfəs alıb. Əks təqdirdə, ölkəmizin Avropanın futbol aləmindəki nüfuzu zədələnə və ya futbol qurumu əlavə xərcə düşə bilərdi.
"Qarabağ"a ilk oyunda uduzmaqla ölkə kubokunun finalına çıxmaq şanslarını 0-a endirən "Neftçi" də bu mənada arxayın ola bilər. "İnter"in ardıcıl ikinci il vəsiqə qazandığı avrokuboklara qatıla bilməyəcək. Buna komandanın maliyyə durumu imkan vermir. "Bankirlər" mövsümü 3-cü pillədə bitirsələr belə, Avropa Liqasına "Zirə" yollanacaq.
Kubokun finalçısı olacaqları şübhə doğurmayan "Qarabağ"la "Qəbələ" öz aralarında həm də çempioniun kimliyini də müəyyənləşdirməlidilər. Deməli, onlardan biri ölkəmizi Çempionlar Liqasında, digəri isə Avropa Liqasında təmsil edəcək.
Avroliqanın digər iki iştirakçısı isə "Zirə"ylə "Neftçi" olacaq. Son turlarda "Sumqayıt"ın nəticələrinin pisləşməsi də bununla əlaqədardır.
Qaynar.Az