Xəbər lenti

Azərbaycanlı futbolçu Almaniyada bombardir oldu - 15 qol
İdman13:09 26.11.2017

Azərbaycanlı futbolçu Almaniyada bombardir oldu - 15 qol

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın Regional Liqasında XVI turun oyunları keçirilib. 
Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su səfərdə meydana çıxıb.
Millimizin sabiq üzvünün komandası "Babelsberq"in qonağı olub. Rüfət start heyətində yer alıb və sonadək mübarizə aparıb. O, 89-cu dəqiqədə hesabı bərabərləşdirərək komandasına bir xal qazandırıb - 1:1.
Bu Rüfətin cari mövsümdə vurduğu 15-ci qol olub. O, Regional Liqanın Cənub-şərq regionun bombardirlər yarışına başçılıq edir və ən yaxın izləyicisi Abu-Bakar Karqbonu (Viktoriya Berlin) 5 qol qabaqlayır.
Qeyd edək ki, "Dinamo" 16 turdan sonra 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.