
Rio Olimpiadasında bu gün XI gün start götürəcək.
Qaynarinfo.Az xəbər verir ki, bu gün 6 idmançımız mübarizə aparacaq.
16:30 Atletikanın 3 təkanla uzununa tullanma növündə Nazim Babayev çıxış edəcək.
17:05 Yunan-Roma güləşində 85 kq çəki dərəcəsindəki idmançımız Saman Təhmasibi Davit Çakvetadze (Rusiya) ilə 1/16 final qarşılaşmasında qüvvəsini sınayacaq.
17:40 Sabah Şəriəti 130 kq çəkidə ilk görüşünə çıxacaq. Rəqib ABŞ təmsilçisi Deyvid Smit olacaq.
18:15 Azərbaycanın olimpiadadakı yeganə qadın boksçusu Yana Alekseyevna 60 kq çəki dərəcəsində ilk görüşünə çıxacaq. Alekseyevna 1/4 finalda çinli Junhua Yinə qalib gəlsə, ən azı bürünc medalı təmin edəcək.
18:30 52 kq çəki dərəcəsindəki boksçumuz Elvin Məmişzadə də ilk görüşünü keçirəcək. O, qazaxıstanlı Oljas Sattıbayevlə 1/8 finalda qarşılaşacaq.
20:00 Boksçumuz Kamran Şahsuvarlı (75 kq) qazaxıstanlı Janıbəy Alimxanuli ilə 1/4 final görüşündə üz-üzə gələcək. Qələbə təqdirində, Şahsuvarlı ən azı bürünc medalı təmin edəcək.
Qaynarinfo.Az