Xəbər lenti

Azərbaycanı təmsil edən idmançı Olimpiadanın yarımfinalında!
İdman20:51 07.08.2016

Azərbaycanı təmsil edən idmançı Olimpiadanın yarımfinalında!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan kanoe-slalomçusu Yure Meqliç 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.

Qaynarinfo.Az-ın məlumatına görə, 32 yaşlı idmançı 1 nəfərlik kayak qayığı (K-1) ilə ilk 2 seçmə mərhələ keçidindən sonra 15 ən yaxşı nəticə göstərənlər sırasında yer almağı bacarıb.

İlkin keçiddən sonra onun nəticəsi 2 cərimə saniyəsi ilə 95,12 olubsa, ikinci keçidi cəriməsiz və 90,70-lik göstərici ilə başa vurub. Bununla da Meqliç 21 iştirakçı arasında 11-ci yeri tutub.

Avqustun 10-da Bakı vaxtı ilə saat 20:30-da başlanacaq yarımfinal keçidində Meqliç ilk "10-luğ"a düşməyi bacarsa, həmin gün saat 22:15-də start götürəcək finala yüksələcək.

Qaynarinfo.Az