Azərbaycanın iki komandası Avropa Liqasında mərhələ adlayıb. Qaynarinfo.az xəbər verir ki, "Kəpəz" və "Qəbələ" rəqiblərini mübarizədən kənarlaşdırıb.
İlk oyunda "Daçiya" ilə 0:0 hesablı heç-heçəyə razılaşan "Kəpəz" Moldovada rəqibinə qalib gəlib - 1:0. Doğma meydanda "Samtredia"nı 5:1 hesabı ilə məğlub edən "Qəbələ" isə Gürcüstandakı matçda yenilsə də, mərhələ adlayıb - 1:2.