Xəbər lenti

Azərbaycanın 3 güləşçisi bürünc medal qazandı
Ölkə17:48 23.08.2024

Azərbaycanın 3 güləşçisi bürünc medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın qızlardan ibarət güləşçiləri İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında üç bürünc medal qazanıb.

Qaynarinfo xəbər verir ki, Nəzrin Əhmədli (40 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərinin mübarizəsində Əmrah Əmrahov (48 kq) da bürünc medala sahib çıxıb. Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) isə mundialın qalibi olublar.