
Yanvarın 18-də axşam saatlarında Minvoddan Bakıya gələn təyyarədə nasazlıq yaransa da, bu, qısa müddətdə aradan qaldırılıb.
Həmin təyyarə artıq Bakıdadır. Heydər Əliyev adına Hava Limaninin məlumat mərkəzindən APA-ya verilən məlumata görə, təyyarə saat 23.10 radələrində Bakı aeroportuna enib. Artıq təyyarənin sərnişinlərinin də aeroport ərazisini tərk etdikləri bildirililib.
00:46
Rusiyanın Minvodı hava limanında baş verən həyəcanlı olay nəticəsində sərnişinlər təyyarədən aşağı endirilib və uçuş təxirə salınıb
Yanvarın 18-də axşam saatlarında Minvodı şəhərindən Bakıya gələn təyyarədə nasazlıq yaranıb. Baş verən həyəcanlı olay nəticəsində sərnişinlər təyyarədən aşağı endirilib və uçuş təxirə salınıb.
Qaynar.info-nun “Musavat”a istinadən verdiyi məlumata görə, təyyarədə Milli Məclisin 5 deputatı, həmçinin Azərbaycandan vəzifəli şəxslər də olub. Onların Yessentukidən, sanatoriyadan döndüyü bildirilir.
Hazırda təyyarənin sərnişinləri aeroportda gözləyirlər. Onlar üçün Bakıdan əlavə təyyarə göndəriləcəyi qeyd edilir. Təyyarənin isə nasazlığına səbəb kimi mühərrik hissəsində problem yaranması göstərilir.
Qaynar.info