Xəbər lenti

Azərbaycanın ABŞ-dakı səfirliyi həmyerlilərimizə müraciət etdi
06:17 06.11.2020

Azərbaycanın ABŞ-dakı səfirliyi həmyerlilərimizə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkədə yaşayan həmyerlilərimizə müraciət edib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi "Facebook” hesabında məlumat yerləşdirilib.

"ABŞ-da yaşayan soydaşlarımızın və vətəndaşlarımızın diqqətinə! Son günlərdə erməni radikallarının təxribatçı fəaliyyətlərini, eləcə də mümkün təhdidlər barədə daxil olan müvafiq məlumat və siqnalları nəzərə alaraq, bir daha olduqca ehtiyatlı davranmağınızı və hər hansı təxribatdan uzaq durmağınızı xahiş edirik. Təhlükə yaradan hallar olduğu təqdirdə yerli mühafizə orqanları və Səfirlik ilə +1 202-560-3583 nömrə vasitəsi ilə əlaqə saxlamağınızı tövsiyyə edirik”, - müraciətdə deyilir.

Oxşar xəbərlər