Xəbər lenti

Azərbaycanın akrobatika gimnastikası yığması Avropa çempionatında finala yüksəldi
İdman17:42 20.10.2023

Azərbaycanın akrobatika gimnastikası yığması Avropa çempionatında finala yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın akrobatika gimnastikası yığması Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anaita Bəşiridən ibarət qrup (gənclər) balans hərəkətlərində həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü balans, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük isə temp hərəkətlərində qızıl medala sahib olublar.