Xəbər lenti

Azərbaycanın barəsindəki mənfi xəbərlərlə “lider” olan NAZİRLİKLƏRİ
Ölkə16:10 05.01.2017

Azərbaycanın barəsindəki mənfi xəbərlərlə “lider” olan NAZİRLİKLƏRİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Qaynarinfo.Az xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi nazirliklərlə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.
2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 55375 xəbər yerləşdirilib. Bunlardan 54000-i neytral, 49-u mənfi, 1326-sı isə müsbət xəbərdir. Mənfi xəbərlər arasında “liderlər”: Maliyyə Nazirliyi (26 xəbər – Samir Şərifov Azərbaycanı bataqlığa sürükləyir), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (5 xəbər – 2 nazirlik və 1 ASC ləğv edilir – super nazirlik yaradılır), Kənd Təsərrüfatı Nazirliyi (5 xəbər – 2 nazirlik və 1 ASC ləğv edilir – super nazirlik yaradılır)).
Müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (976 xəbər – qanunsuzluqlar aşkar edib), Kənd Təsərrüfatı Nazirliyi (92 xəbər – At cəmdəkləri və bir tondan artıq yararsız ət aşkarlandı – foto), Fövqəladə Hallar Nazirliyi (80 xəbər – FHN eməkdaşları təltif olundu – foto).
Xəbər sayına görə sıralama:

1

Müdafiə Nazirliyi

6812 xəbər

2

Daxili İşlər Nazirliyi

6637 xəbər

3

Fövqəladə Hallar Nazirliyi

5749 xəbər

4

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

5283 xəbər

5

Vergilər Nazirliyi

3021 xəbər

6

Təhsil Nazirliyi

2986 xəbər

7

Milli Təhlükəsizlik Nazirliyi

2835 xəbər

8

İqtisadiyyat Nazirliyi

2835 xəbər

9

Mədəniyyət və Turizm Nazirliyi

2717 xəbər

10

Səhiyyə Nazirliyi

2636 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 6899 xəbər dərc edilib. Bu xəbərlərdən 6853-ü neytral, 46-sı isə müsbət xəbərdir. Yazılı mətbuatda müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi (42 xəbər – qanunsuzluqlar aşkar edib), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2 xəbər – ceyran oğruları ifşa edildi), Kənd Təsərrüfatı Nazirliyi (2 xəbər – Rusiyadan gətirilən ərzaqlıq qarğıdalıda təhlükəli alaq otu aşkarlanıb).
Xəbər sayına görə sıralama:

1

Daxili İşlər Nazirliyi

685 xəbər

 

2

Mədəniyyət və Turizm Nazirliyi

655 xəbər

3

İqtisadiyyat Nazirliyi

541 xəbər

4

Vergilər Nazirliyi

531 xəbər

5

Təhsil Nazirliyi

516 xəbər

6

Müdafiə Nazirliyi

513 xəbər

7

Səhiyyə Nazirliyi

412 xəbər

8

Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi

378 xəbər

9

Xarici İşlər Nazirliyi

360 xəbər

10

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

358 xəbər

Dekabr ayında televiziya kanallarında nazirliklər haqqında 1805 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:

1

Gənclər və İdman Nazirliyi

281 xəbər

2

Mədəniyyət və Turizm Nazirliyi

223 xəbər

3

Vergilər Nazirliyi

178 xəbər

4

Fövqəladə Hallar Nazirliyi

148 xəbər

5

Kənd Təsərrüfatı Nazirliyi

146 xəbər

6

Təhsil Nazirliyi

140 xəbər

7

İqtisadiyyat Nazirliyi

134 xəbər

8

Xarici İşlər Nazirliyi

110 xəbər

9

Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi

102 xəbər

10

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Qaynarinfo.Az