Xəbər lenti

Azərbaycanın bədii gimnastı Paris Olimpiadasına lisenziya qazandı
İdman19:30 24.08.2023

Azərbaycanın bədii gimnastı Paris Olimpiadasına lisenziya qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə 40-cı dünya çempionatında fərdi proqramda çoxnövçülük üzrə təsnifat yarışları başa çatıb.
Qaynarinfo xəbər verir ki, mundialda ölkəmizi təmsil edən Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova çoxnövçülük yarışlarının nəticəsinə əsasən 12-ci pillədə qərarlaşaraq, "Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
İdmançımız bu nəticə ilə, həmçinin çoxnövçülük proqramında dünya çempionatının final mərhələsinə vəsiqəni özü üçün təmin edib.
Qeyd edək ki, bu, Paris Olimpiadasına gimnastika idman növü üzrə qazanılan ilk lisenziyadır.