Xəbər lenti

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya qalib gəldi
İdman14:16 30.06.2023

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti matçını keçirib.
Qaynarinfo xəbər verir ki, 5-8-ci yerlər uğrunda görüşdə Ukrayna seçməsi ilə qarşılaşan yığma 7:6 hesablı qələbə qazanıb. Komandanın heyətində qolları Amid Nəzərov (3), Elşad Manafov (2), Orxan Məmmədov və İsa Zeynallı vurublar.
Qeyd edək ki, Azərbaycan iyulun 1-də Moldova ilə 5-ci yer uğrunda matça çıxacaq.