Xəbər lenti

Azərbaycanın çimərlik güləşi üzrə komandası Avropa çempionu oldu (FOTO)
İdman18:02 07.07.2022

Azərbaycanın çimərlik güləşi üzrə komandası Avropa çempionu oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib.
Qaynarinfo xəbər verir ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Azərbaycanı qitə birinciliyində təmsil edən 4 güləşçi maksimum nəticəyə imza atıb.
Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Avropa çempionu olublar.
100 xal toplayan Azərbaycan komandası Avropa çempionu olub. Moldova ikinci, Yunanıstan isə üçüncü yeri tutub.
Xatırladaq ki, sabah U-20 yaş qrupu üzrə Avropa çempionatı keçiriləcək.